Nemtsovla bağlı - <span style="color:red;">MARAQLI MƏLUMAT
05 mart 2015 23:57 (UTC +04:00)

Nemtsovla bağlı - MARAQLI MƏLUMAT

Boris Nemtsovun köməkçisi Olqa Şorina “Röyters” informasiya agentliyinə siyasətçinin qətlindən əvvəl yazıb ona ötürdüyü qeydi açıqlayıb. Lent.az-ın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə agentliyin dərc etdiyi materialda bildirilir.  

 

“İvanovodan olan bir neçə desant  hərbçi mənimlə əlaqə yaradıb. Onlardan 17 nəfər (əsgər yoldaşı) öldürülüb, onlar pullarını ala bilmirlər, amma indi bu barədə danışmağa qorxurlar”, deyə qeyddə bildirilir.   

 

Şorinanın sözlərinə görə, Nemtsov bu qeydi özü yazaraq ona ötürüb, çünki  ofisinin dinlənilməsindən ehtiyatlanaraq bu sözləri deməyə risk etməyib.    

 

Agentlik qeydin doğruluğunu yoxlanılmasına imkanın olmadığını qeyd edib.  

 

Bundan əvvəl məlum olub ki, Boris Nemtsov qətlindən əvvəl Rusiya hərbçilərinin Ukraynanın şərqindəki münaqişədə iştirakı ilə bağlı araşdırma aparıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 80
avatar

Oxşar yazılar