Nemtsovun həyatının son anları
01 mart 2015 07:50 (UTC +04:00)

Nemtsovun həyatının son anları

Moskvanın Qırmızı Meydanında yerləşən mərkəzi univermaqda quraşdırılmış müşahidə kameraları Boris Nemtsovun həyatının son anlarını qeydə alıb. APA-nın “LifeNews”-a istinadən verdiyi xəbərə görə, Boris Nemtsov və Anna Duritskaya mərkəzi univermaqda yerləşən  “Bosko-kafe”də fevralın 27-si saat 22.00-da görüş təyin ediblər. Onlar ticarət mərkəzinə müxtəlif girişdən daxil olduqdan sonra bir neçə dəqiqə telefonla danışaraq olduqları yeri müəyyən etməyə çalışıblar.   

 

Boris Nemtsov təyin olunmuş məkana birinci gəlib və dayanmadan kafeyə daxil olub. Bir neçə dəqiqədən sonra kafeyə yaxınlaşan Anna Duritskaya bir anlıq dayanaraq ətrafa göz gəzdirib və sonra içəri keçib və onlar birgə şam ediblər. Beləliklə, Boris Nemtsov həyatının son 1,5 saatını Anna Duritskaya ilə birgə keçirib.      

 

Kafenin bağlanmasına az qalmış cütlük 23.25-də bayıra çıxaraq “Vasilyevski enişi”nə doğru hərəkət edib və təxminən 10 dəqiqə “Böyük Moskvoretski” körpüsünə  çatıb. Bundan təxminən 3 dəqiqə sonra qatil Boris Nemtsova atəş açaraq qətlə yetirib. 23 yaşlı Anna Duritskaya xəsarət almayıb.    

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 267
avatar

Oxşar yazılar