Neftin ucuzlaşması Türkiyəyə qazanc gətirib
23 yanvar 2015 07:37 (UTC +04:00)

Neftin ucuzlaşması Türkiyəyə qazanc gətirib

0

Türkiyə dünya bazarlarında neftin ucuzlaşmasından qazanc əldə edib. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə,  bu barədə Türkiyənin baş nazirinin müavini Əli Babacan Davosda keçirilən beynəlxalq iqtisadi forumda çıxışı zamanı bildirib.

 

“Türkiyə neftin qiymətinin aşağı düşməsindən qazanıb. Bizim bundan ən böyük qazancımız tədiyyə balansının kəsirinin azalması oldu”, deyə Babacan qeyd edib. O əlavə edib ki, neftin ucuzlaşması ilə əlaqədar neft məhsullarının alış-verişindən tutulan vergi ödənişlərinin  azalması Türkiyə iqtisadiyyatına cüzi dərəcədə neqativ təsir edə bilər.     

 

Əli Babacanın sözlərinə görə, Türkiyə iqtisadiyyatının artım tempi 2015-ci ildə 4 faiz təşkil edəcək. Lakin bu proqnoz neftin indikindən daha yuxarı qiymətə əsaslanaraq hazırlanıb. Hazırkı qiymətlərin dəyişməyəcəyi təqdirdə isə Türkiyədə inflyasiya ildə 5 faiz təşkil edə bilər.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 295

Oxşar yazılar