Neft bazasında güclü yanğın: 1 ölü, 3 yaralı
09 iyun 2015 02:03 (UTC +04:00)

Neft bazasında güclü yanğın: 1 ölü, 3 yaralı

0

Kiyev vilayətində neft bazasında baş verən güclü yanğın nəticəsində 1 nəfər ölüb, 3 nəfər ağır xəsarətlər alıb.

 

APA-nın məlumatına görə, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

 

Kiyev vilayətinin Kryaçki yaşayış məntəqəsindəki “BRSM-neft” neft bazasında güclü yanğın iyunun 8-də, axşam saatlarında başlayıb.

 

“Yanğın nəticəsində 1 nəfər ölüb, 3 nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hadisə yerinə “Ukrayna dəmir yollarının iki yanğınsöndürən qatarı yollanıb”, məlumatda deyilir.

 

Hadisənin baş vermə səbəbləri barədə məlumat verilmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 330

Oxşar yazılar