Yunanıstanın turizm nazirinin yarıçılpaq fotoları yayılıb. Lent.az-ın məlumatına görə, 39 yaşlı nazir Olqa Kefaloyaninin Patmos adasında dənizdə dincələrkən gizli çəkilmiş fotoları internetdə yayılıb. Bildirilir ki, çimərlik geyimindəki nazir yaxınları ilə birgə istirahət edirmiş.
Qeyd edək ki, O.Kefaloyani yunan hökumətindəki ən uğurlu nazirlərdən biri hesab edilir. Bu ilin sonunadək Yunanıstana 20 milyon turistin gələcəyi gözlənilir.
Onu da qeyd edək ki, yarıçılpaq fotoları yayılan nazir bir neçə ay əvvəl İstanbulda olarkən geyindiyi dekolte dona görə də diqqət mərkəzinə düşmüşdü.