Türkiyədə məlum rüşvət qalmaqalı zamanı həbs edilən nazir övladları və tanınmış biznesmen Rza Zərrab azadlığa buraxılıb. Lent.az-ın habertürk-ə istinadən verdiyi məlumata görə, keçən il dekabrın 17-də həyata keçirilən əməliyyatda həbs olunan Rza Zərrab, sabiq daxili işlər nazir Müəmmər Gülərin oğlu Barış Gülər, sabiq iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Kaan Çağlayan bu gün azad ediliblər.
Onlarla birgə daha iki nəfər də məhkəmə qərarı ilə sərbəst buraxılıb.