Nazir oğlu antiterror əməliyyatında iştirak edir
15 may 2014 10:49 (UTC +04:00)

Nazir oğlu antiterror əməliyyatında iştirak edir

Ukraynanın müdafiə naziri Mixail Kovalın böyük oğlu Milli Qvardiyanın sıralarında xidmət edir və hazırda antiterror əməliyyatının keçirildiyi Slavyansk şəhəri ətrafındadır. APA-nın xəbərinə görə, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Andrey Parubiy öz “Facebook” səhifəsində yazıb.


 

M. Parubiy bildirib ki, nazirin oğlu Vladimir Koval hazırda Skavyansk ətrafındakı postda dayanıb: “Onun dəstəsi ilk günlərdən antiterror əməliyyatında iştirak edir. Onlar (ata və oğul) burada – ön xətdə görüşdülər. Nazir və əsgər. İkisi də Ukraynanı müdafiə edir”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1908
avatar

Oxşar yazılar