Nazir məktəbə belində silahla gəlib
30 mart 2015 14:01 (UTC +04:00)

Nazir məktəbə belində silahla gəlib

Hindistanın su resursları naziri Maharaştra ştatında məktəbə silahla gəlib. Lent.az-ın "The Times of India" saytına istinadən məlumatına görə, nazir məktəbdə uşaqlara dərs ləvazimatı paylanmasında iştirak edib. Nazir Giriş Mahacan belində “revolver” şagirdlərin qarşında çıxış da edib.

 

Bundan sonra nazir kəskin tənqidlərə məruz qalsa da, özünü müdafiə edəcək söz söyləməyib.

 

Qeyd edək ki, Hindistanda şəxslərin silah gəzdirməsinə dövlət ciddi nəzarət edir. Belə ki, ancaq özü və ailəsinin həyatının təhlükədə olduğunu sübut edərsə, təhlükə sovuşana qədər vətəndaşa silah gəzdirməsinə rəsmi icazə verilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 165
avatar

Oxşar yazılar