Nazir: Avropanın öz ordusu olmalıdır
07 mart 2015 01:27 (UTC +04:00)

Nazir: Avropanın öz ordusu olmalıdır

Avropa İttifaqının öz ordusuna ehtiyacı var.

 

APA-nın “Rosbalt”-a istinadən verdiyi məlumata görə, bunu Almaniyanın müdafiə naziri Ursula fon der Lyayen bəyan edib.

 

Onun sözlərinə görə, ümumavropa silahlı qüvvələri böhran yaşanan dövrlərdə qitənin təhlükəsizlik sahəsində siyasətini möhkəmləndirməyə imkan verəcək.  U. fon der Lyayen bu cür layihənin reallaşdırılmasına xeyli vaxt lazım olduğunu bildirib.

 

Hərbi məsələlərdə milli suverenliyin Avropa İttifaqına verilməsini məqsədəuyğun hesab edən nazir nümunə qismində Şenqen razılaşması və ümumavropa əmək bazarını misal gətirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 199
avatar

Oxşar yazılar