Qazaxıstan prezidenti Nursultan Nazarbayevin keçmiş kürəkəni Rahat Əliyev Avstriyanın paytaxtı Vyanada həbs edilib. Lent.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, Əliyev Avstriya hüquq-mühafizə orqanlarına özü təslim olub.
Məlumata görə, Qazaxıstanda haqqında 40 illik həbs qərarı olan keçmiş kürəkən istintaqla əməkdaşlıq etmək niyyətindədir. Onun tezliklə ekstradisiyası gözlənilir.