APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu o, “Nur Otan” partiyasının Astanada keçirilən qurultayında bəyan edib.
Növbədənkənar prezident seçkilərində iştirak etmək niyyətində olmadığını deyən N. Nazarbayev yekun qərarına seçicilərin çoxsaylı müraciətlərinin təsir göstərdiyini etiraf edib.
Qeyd edək ki, N. Nazarbayev 1991-ci ildən Qazaxıstan prezidenti vəzifəsini tutur. Qazaxıstanda növbədənkənar prezident seçkiləri aprelin 26-a təyin olunub.