Qazaxıstanda aprelin 26-na təyin olunmuş növbədənkənar prezident seçkilərində hazırkı dövlət başçısı Nursultan Nazarbayevin “Nur Otan” Partiyasından namizədliyi rəsmi şəkildə qeydə alınıb.
Lent.az-ın AzərTAc-a istinadən xəbərinə görə, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Məlumatda bildirilir ki, Nursultan Nazarbayevin namizədliyini dəstəkləmək üçün ölkənin 16 regionundan 560523 seçici imzası toplanılıb. N.Nazarbayev dövlət başçısı postuna 20-dən artıq iddiaçı arasında hələ ki, Mərkəzi Seçki Komissiyası tərəfindən rəsmi qeydiyyatdan keçmiş ilk namizəddir.