NATO Ukraynaya “önəmli infrastrukturların müdafiəsini təmin etmək» üçün «mobil təlimatçılar qrupu” göndərə bilər.
Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, bu haqda qurumun baş katibi Anders Foq Rasmussen NATO-ya üzv 28 dövlətin xarici işlər nazirlərinin görüşünün birinci gününün yekunu ilə bağlı çıxışında bildirib.
“NATO Ukraynada hərbi sahədə yenidənqurma prosesini dəstəkləyəcək və bu ölkənin müdafiə imkanlarının artırılmasına praktik qarşılıq verəcək. Konkret tədbirlər yaxın günlər, aylar və illər ərzində görüləcək. Bu ölkəyə mobil hərbi təlimatçıların göndərilməsi, birgə hərbi təlimlərin keçirilməsi, NATO ilə Ukrayna arasında birgə fəaliyyətin gücləndirilməsi də mümkündür ”- deyə, o, vurğulayıb.
Baş katibi əlavə edib: “NATO Ukrayna ilə tərəfdaşlığın inkişafına sadiqdir və bu ölkənin suverenliyini, ərazi bütövlüyünü müdafiə edir. Ukraynadakı bütün islahatlar prosesini dəstəkləyir. Müstəqil, suveren, demokratik və firavan Ukrayna Avroatlantik bölgəsinin təhlükəsizliyinin başlıca elementidir» .