Ukraynada gərginliyin artması ilə əlaqədar NATO şərqi Avropanın su, hava məkanının qorunmasını gücləndirməyi qərara alıb.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, bu məqsədlə Baltik dənizinə və Aralıq dənizinin şərqinə gəmi göndəriləcək.
Görüləcək tədbirlər haqda açıqlama verən, NATO-nun baş katibi Andres Foq Rasmussen deyib ki, bu plan yaxın bir neçə gündə gerçəkləşdiriləcək .O, hərbçilərin sayı, texnika ilə bağlı məlumat verməyib.
Xatırladaq ki, alyans Rusiya ilə hərbi və mülki sahədə əməkdaşlığı kəsməklə yanaşı, quruma üzv dövlətin təhlükəsizliyinin təmini ilə bağlı əlavə tədbirlərin görülməsi haqda qərar qəbul edib.
Bu yaxınlarda NATO-nun Avropada birləşmiş qüvvələrinin baş komandanı, general Filipp Bridlav bildirmişdi ki, əgər Moskva uyğun əmri verərsə, o zaman Ukraynaya həmlə etmək üçün Rusiya ordusuna 12 saat lazımdır.
Onun sözlərinə görə, Ukraynaya təcavüz etmək üçün Rusiya bütün hərbi resurslara malikdir.