NATO Birləşmiş Silahlı Qüvvələrinin Avropadakı Belçikada yerləşən qərargahının Baş komandanlığı aprelin 10-da Ukrayna - Rusiya sərhədi boyunca yerləşdirilən Rusiya hərbçilərinin peykdən çəkilən görüntülərini yayıb.
Lent.az-ın “İnterfaks”a istinadən məlumatına görə, alyansın birləşmiş qüvvələrinin baş komandanı Filipp Bridlav özünün “Tvitter” səhifəsində yazıb: “Ukrayna yaxınlığındakı Rusiya ordusu təcavüz üçün tam silahlanıb”.
NATO-nun dəyərləndirməsinə əsasən, Ukrayna ilə sərhəddə Rusiya 35-40 min hərbçi yerləşdirilib. Alyans bildirib ki, Moskvanın bu faktı dəfələrlə təkzib etməsi ciddi rahatsızlıq yaradır.
Böhranlı əməliyyatlar və idarəetmə üzrə mərkəzin direktoru Qeri Dikin deyib : “Rusların bir neçə saat ərzində irəliləməsi üçün çoxlu imkanları, o cümlədən qırıcıları, vertolyotları, xüsusi təyinatlıları, tankları, topları, Döyüşçülərin Zirehli Maşını var».