NATO-ya üzv olan dövlətlər Rusiyanın “Su-24” təyyarəsi ilə bağlı insidentdən sonra Türkiyənin hava məkanının təhlükəsizliyini möhkəmləndirilməsi üçün əlavə tədbirlərin görülməsinə dair qərar qəbul ediblər. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə The Wall Street Journal nəşri məlumat yayıb.
Məlumata görə, Türkiyədə yerləşdirilmiş “Patriot” zenit-raket komplekslərindən başqa Alyans Ankaraya əlavə müdafiə vasitələri təqdim edəcək.
Nəşr qeyd edir ki, Rusiyanın “Su-24” təyyarəsi ilə bağlı insidentdən əvvəl ABŞ Türkiyəyə “F-15” qırıcı təyyarəsinin göndərildiyini bildirib. Türkiyə ərazisində həmçinin Britaniya təyyarələri də yerləşdiriləcək.