NATO Şərqi Avropada təlimlərə başladı
07 iyun 2015 03:11 (UTC +04:00)

NATO Şərqi Avropada təlimlərə başladı

0

Şərqi Avropada NATO-nun “Müttəfiqlik qalxanı” adlı genişmiqyaslı təlimləri başlayıb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, təlimlərdə alyansa üzv olan 19 ölkədən və 3 tərəfdaş ölkədən 15 mindən çox hərbçi iştirak edir.   

 

“Təlimlər müdafiə xarakteri daşıyır, cənub və şərq istiqamətlərdəki təhlükələrlə bağlı NATO-nun təhlükəsizliyinin möhkəmləndirilməsinə dair tədbirlərin bir hissəsidir.  Təlimlər operativliyin, habelə alyans ölkələrinin və tərəfdaşlarının döyüş hazırlığının artırılmasına istiqamətləndirilib”, deyə məlumatda bildirilir.   

 

Təlimlər iyunun 28-dək davam edəcək və Baltikyanı ölkələr, Polşa və Rumıniya ərazisini əhatə edəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 296

Oxşar yazılar