NATO-nun baş katibi Andres Foq Rasmussen Rusiyanı Ukraynanın suverenliyi və ərazi bütövlüyünə hörmət etməyə çağırıb.
Lent.az-ın «unian.net»-ə istinadən məlumatına görə, o, bu haqda özünün «tvitter» səhifəsində yazıb: «Rusiya ordusunun hərəkəti də daxil olmaqla Ukraynanın suverenliyinə, sərhədlərinə, ərazi bütövlüyünə, hörmət etməlidir. Krımdakı gərginliyi təcili azaltmaq lazımdır. NATO-dakı müttəfiqlərimiz biri-biri ilə sıx əlaqə saxlamalıdır».