NATO Rusiya ilə münasibətləri müzakirə edəcək
31 mart 2014 16:15 (UTC +04:00)

NATO Rusiya ilə münasibətləri müzakirə edəcək

Aprelin 1-2-də Brüsseldə NATO XİN başçılarının görüşü keçiriləcək. APA-nın “İnterfaks-Ukrayna”ya istinadən verdiyi məlumata görə, görüşdə nazirlər Ukrayna ətrafındakı prosesləri müzakirə edəcəklər, habelə Rusiya ilə münasibətlərə yenidən baxacaqlar.

 

Nazirlərin görüşü çərçivəsində Ukrayna xarici işlər nazirinin səlahiyyətlərini icra edən Andrey Deşitsanın iştirakı ilə Ukrayna-NATO komissiyasının toplantısı da keçiriləcək.

 

NATO ölkələrinin XİN başçıları həmçinin alyansın Uelsdə planlaşdırılan sammitinə hazırlıq məsələlərini müzakirə edəcəklər. 

 

Adını açıqlanmasını istəməyən yüksək rütbəli NATO təmsilçisi bildirib ki, nazirlərin görüşünün yekunlarına dair bəyanatın qəbul olunacağı gözlənilir.

 

“Nazirlər Ukraynanın ərazi bütövlüyünə güclü dəstək ifadə edəcəklər. Rusiyanın atdığı addımlar avroatlantik təhlükəsizliyə çağırışdır, Moskva oyun qaydalarını və beynəlxalq qanunları pozur. Biz əvvəlki kimi Rusiya ilə münasibətləri davam etdirə bilmərik”, - deyə o vurğulayıb.

 

NATO təmsilçisi onu da bildirib ki, artıq Rusiya ilə işgüzar görüşlər dayandırılıb. Lakin səfirlər səviyyəsində diplomatik dialoq üçün imkan hələ də saxlanılır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 674
avatar

Oxşar yazılar