NATO Rusiya ilə Abxaziya arasında imzalanmış sazişi tanımadı
25 noyabr 2014 03:17 (UTC +04:00)

NATO Rusiya ilə Abxaziya arasında imzalanmış sazişi tanımadı

Rusiya və Abxaziya arasında imzalanmış saziş Gürcüstanda vəziyyətin davamlı nizamlanmasına xidmət etmir.

 

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib.

 

“Biz noyabrın 24-də Rusiya və Gürcüstanın Abxaziya regionu arasında bağlanmış “Müttəfiqlik və strateji tərəfdaşlıq haqqında” sazişi tanımırıq. ”, deyə Y.Stoltenberq bildirib.

 

Şimalı Atlantika alyansının rəhbəri Rusiyanı Gürcüstan əraziləri - Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınmasını ləğv etməyə və bu ölkədən öz qoşunlarını çıxarmağa çağırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 547
avatar

Oxşar yazılar