NATO Rusiya hərbçilərinin Donbasda kütləvi şəkildə öldüyünü iddia edir
06 mart 2015 04:55 (UTC +04:00)

NATO Rusiya hərbçilərinin Donbasda kütləvi şəkildə öldüyünü iddia edir

NATO-nun nümayəndələri Donbasda Rusiya vətəndaşlarının döyüşdüyünü iddia edirlər. APA-nın “Gazeta.ru”ya istnadən verdiyi xəbərə görə, bu barədə “Frans Press”in dərc etdiyi məlumatda bildirilir.

 

Məlumata görə, bu barədə ötən gün Riqada keçirilmiş mətbuat konfransında çıxışı zamanı NATO baş katibinin birinci müavini Aleksandr Verşbou bildirib.   

 

“Rusiya hərbçiləri Ukraynanın şərqində gedən döyüşlərdə kütləvi şəkildə həlak olur”, deyə Verşbou qeyd edib.   

 

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi keçən ay ABŞ-ın rusiyalı hərbçilərin Donbasda döyüşlərdə iştirak etməsi ilə bağlı  bəyanatını təkzib edib.    

 

Xatırladaq ki, Ukrayna prezidenti Pyotr Poroşenko Münhen təhlükəsizlik konfransında çıxışı zamanı Ukraynada döyüşən rusiyalı əsgərlərdən götürülmüş pasportları nümayiş etdirib.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 152
avatar

Oxşar yazılar