NATO rəhbərinin Gürcüstana səfəri başlayır
26 avqust 2015 05:42 (UTC +04:00)

NATO rəhbərinin Gürcüstana səfəri başlayır

0
Bu gün – avqustun 26-da NATO-nun baş katibi Yens Stoltenberqin Gürcüstana iki günlük səfəri başlayır. Musavat.com-un gürcü mənbələrinə istinadən verdiyi xəbərə görə, alyans rəhbərinin rəsmi görüşləri avqustun 27-də başlayacaq. 
 
 
NATO rəhbəri ölkənin prezidenti, baş naziri, parlamentin spikeri və müdafiə naziri ilə bir araya gələcək. Həmçinin, NATO-nun çevik qüvvələri üçün hazırlanan rota ilə görüşəcək.
 
 
Səfər çərçivəsində Gürcüstanda alyansın təlim mərkəzinin açışılışının olacağı gözlənilir. Baş katib həmçinin, ölkənin NATO-ya üzvlük perspektivi ilə bağlı məsələləri müzakirə edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 528

Oxşar yazılar