NATO rəhbəri: “Türkiyə bizdən kömək istəməyib...”
Türkiyə İŞİD terror qruplaşması ilə mübarizə üçün NATO-dan hərbi kömək istəməyib. Musavat.com-un xarici qaynağa istinadən vferdiyi xəbərə görə, bu barədə laynasın baş katibi Yens Stoltenberq bildirib.
Baş katib Türkiyə baş naziri Əhməd Davudoğlunu PKK möqvelərinə aviazərbələrin kürdlərlə sülh prosesinin dayanmasına gətirə biləcəyi barədə xəbərdar edib.
Xatırladaq ki, iyulun 27-də Türkiyə HHQ İraqın şimalında PKK-ya məxsus “Xakurk” bazasını məhv edib. Bu, PKK-çılarının Türkiyə qırıcılarının son iki gündə bombardmana məruz qoyduğu ikinci bazadır. Az öncə İraqın şimalındakı “Metina” bazası məhv edilmişdi.
Bir qədər əvvəl baş nazir Əhməd Davudoğlu bəyan eləmişdi ki, Şimali İraqın Kürd Administrasiyası Türkiyənin PKK-ya qarşı əməliyyatlarını dəstəkləyir.
275