NATO Putinin dediklərini təkzib edib
17 aprel 2014 20:11 (UTC +04:00)

NATO Putinin dediklərini təkzib edib

NATO-nun baş katibi Andres Foq Rasmussenlə bağlı  Rusiya prezidenti Vladimir Putinin dediklərini “tamamilə cəfəngiyyat” adlandırıb.

 

Lent.az-ın “Gazeta.ru”-ya istinadən məlumatına görə, bu haqda “Röyter” alyansın mətbuat katibi Oan Lunqeskiyə əsaslanaraq, xəbər yayıb.

 

Xatırladaq ki, V.Putin aprelin 17-də keçirdiyi mətbuat konfransında bildirib ki, A.F.Rasmussen Danimarkanın baş naziri olanda onunla səmimi söhbətini gizli şəkildə yazıb.

 

“Bu məlumat tamamilə cəfəngiyyatdır. Anders Foq Rasmussen Danimarkanın baş naziri olarkən, cənab Putinlə görüşə diktofon aparmayıb”-deyə, mətbuat katibi bildirib. Onun sözlərinə görə, Rusiya prezidentinin bu görüş barədə çıxışı “Ukraynadakı qanunsuz fəaliyyətdən” ictimaiyyətin diqqətini yayındırmağa xidmət edir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 871
avatar

Oxşar yazılar