NATO nümayəndə heyəti Ukrayna Milli Təhlükəsizlik Şurası, Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin Baş Qərargahının nümayəndələri ilə görüşlər keçirmək məqsədilə Kiyevə səfərə gəlib.
Nümayəndə heyətinə NATO Hərbi Komitəsinin sədri general Knut Bartels rəhbərlik edir.
“Səfərin məqsədi hərbi-siyasi dialoqun yüksək səviyyədə dəstəklənməsi, Ukrayna və NATO arasında xüsusi tərəfdaşlığın ayrı-ayrı məsələlərinin müzakirəsi, həmçinin, Alyans tərəfindən Ukraynaya dəstək verilməsini nümayiş etdirməkdir”, deyə məlumatda bildirilir.