NATO-ya üzv dövlətlər 2016-cı ildə Əfqanıstanda 12 min hərbçidən ibarət kontingentin saxlanılmasına dair qərar qəbul ediblər.
APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib.
“NATO-ya üzv dövlətlərin XİN rəhbərlərinin görüşündə Alyans Əfqanıstanda 12 min hərbçidən ibarət kontingentin saxlanılmasına dair qərar verib”, deyə Stoltenberq bildirib.
“The Wall Street Journal”-ın məlumatına görə, qərar NATO-nun Əfqanıstanda keçirdiyi “Qətiyyətli dəstək” missiyasının iştirakçı olan ölkələrin XİN rəhbərlərinin toplantısının sonunda verilib.