NATO baş katibi ABŞ-a səfərə gedir
24 mart 2015 05:14 (UTC +04:00)

NATO baş katibi ABŞ-a səfərə gedir

Yanvarın 24-də NATO-nun baş katibi Yens Stoltenberqin Vaşinqtona üçgünlük səfəri başlayır.

 

APA-nın “Rosbalt” agentliyinə istinadən verdiyi məlumata görə, səfər çərçivəsində  Şimali Atlantika Alyansının baş katibi ABŞ rəsmiləri ilə bir sıra görüşlər keçirəcək. Yens Stoltenberqin həmçinin Vaşinqtonda NATO-nun transformasiyası məsələləri üzrə beynəlxalq seminarda iştirak edəcək.

 

Bildirilir ki,  NATO ilə Rusiya arasında münasibətlər danışıqların əsas mövzularından birini təşkil edəcək.

 

Y. Stoltenberqin sözlərinə görə, hazırda Alyans çevik reaksiya qüvvələrini ikiqat gücləndirməyə qərar verərək Estoniya, Latviya, Litva, Polşa, Rumıniya və Bolqarıstanda idarəetmə elementlərini yaradır.

 

Bundan əvvəl Pentaqonun bəyanatında bildirilirdi ki, Rusiyanın hərəkətləri NATO-nu müdafiə strategiyasında radikal dəyişikliklər həyata keçirməyə vadar edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 150
avatar

Oxşar yazılar