NATO-nun baş katibi Yens Stoltenberq qoşunlarının Ukrayna sərhədinə doğru irəlilədiyini bildirib. APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə Yens Stoltenberq Aİ-nin xarici siyasət qurumunun rəhbəri Federika Moqerini bildirib.
Onun sözlərinə görə, Rusiya, əvvəlki kimi, separatçıları dəstəkləyərək, onlara təlim keçir və texnika ilə təmin edir.
Bundan başqa, o Ukraynanın şərq ərazilərində Rusiya xüsusi xidmət qurumlarının nümayəndələrinin olduğunu da qeyd edib.