NATO: «Ukrayna böhranının siyasi yolla həllinə Rusiya zərbə vurdu»
17 mart 2014 20:31 (UTC +04:00)

NATO: «Ukrayna böhranının siyasi yolla həllinə Rusiya zərbə vurdu»

0

«Krımda keçirilən qanunsuz referendum Ukraynadakı böhranın siyasi yolla həllinin tənzimlənməsinə sarsıdıcı zərbə vurdu».

 

Lent.az-ın «unian.net»-ə istinadən məlumatına görə, NATO bu bəyanatını saytında yerləşdirib.

 

«Biz hesab edirik ki, martın 16-da Krım Muxtar Respublikasında keçirilən referendum qanunsuz olduğu dərəcədə qeyri- legitimidir. Referendum Ukraynanın Ana Yasası və beynəlxalq hüquq normalarını pozduğu üçün NATO, eləcə də müttəfiqlərimiz onun nəticələrini tanımır»-deyə, qurum bildirib.

 

 

NATO Rusiyanın vəziyyəti gərginləşdirməkdən çəkinməyə, o cümlədən hərbi vasitələrdən istifadəni dayandırmağa çağırıb.

 

Qurum bildirib ki, Ukraynanın suverenliyini və beynəlxalq səviyyədə sərhədlərin toxunulmazlığı əsasında  ərazi bütövlüyün bütövlükdə dəstəkləyir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1168

Oxşar yazılar