NATO-nun baş katibi Türkiyəyə səfər edəcək
14 iyun 2014 20:56 (UTC +04:00)

NATO-nun baş katibi Türkiyəyə səfər edəcək

0

İyunun 15-16-da NATO-nun baş katibi Anders Foq Rasmussen Türkiyəyə səfər edəcək.

 

Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, səfər çərçivəsində o, ölkənin siyasi və hərbi rəhbərləri ilə görüşəcək.

 

Mənbə bildirib ki, baş katibin Ankarada İraqdakı vəziyyəti müzakirə edəcəyi ehtimal olunur.

 

Xatırladaq ki, iyunun 12-də NATO-da üzv dövlətlərin səfirləri səviyyəsində Türkiyənin Mosuldakı konsulluğu diplomatlarının girov götürülməsi ilə bağlı toplantı keçirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 631

Oxşar yazılar