NATO-nun «AWACS» radar sistemli kəşfiyyat təyyarələri Ukraynadakı şəraiti öyrənmək üçün Polşa və Rumıniyanın hava məkanında müşahidə uçuşu edib.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, xəbəri qurumun təmsilçisi verib.
Onun sözlərinə əsasən, martın 10-da qurumun şurası uyğun qərar qəbul edib.
«Bütün uçuşlar yalnız NATO-ya üzv dövlətlərin hava məkanında gerçəkləşdiriləcək» -deyə, o, söyləyib.
O, deyib ki, uçuşlar NATO-nun Almaniyadakı Haylenkirhen və Britaniyanın Uoddinqtonda yerləşən hərbi bazalarından ediləcək.
Təmsilçinin sözlərinə əsasən, ilk uçuşlar yaxın günlərdə keçiriləcək.