NATO-dan Ukraynaya dəstək
04 iyun 2014 05:47 (UTC +04:00)

NATO-dan Ukraynaya dəstək

İyunun 3-də Brüsseldə NATO-ya üzv dövlətlərin müdafiə nazirlərinin toplantısı keçirilib. Lent.az-ın “Anadolu” agentliyinə istinadən məlumatına görə, NATO - Ukrayna Şurasında Ukraynanın dəstəklənməsi ilə bağlı sənəd qəbul ediləcək.

 

 

Yığıncaqla bağlı məlumat verən mənbə bildirib ki, üzv dövlətlər Ukraynaya maddi, texniki yardım edəcəkləri ilə bağlı razılığa gəliblər. Paketdə Ukraynanın müdafiə sahəsindəki islahatları həyata keçirməsinə NATO-nun yardım etməsi nəzərdə tutulub.

 

Mənbə xatırladıb ki, Ukrayna NATO-dan hava hücumundan müdafiə sistemi istəyib. Ancaq həmin toplantıda alyans silah verməsi ilə bağlı məsələnin gündəliyə çıxarılmadığı da vurğulanıb.

 

Yığıncağın əvvəlində danışan qurumun baş katibi Anders Foq Rasmussen Ukraynanın suverenliyinə , müstəqilliyinə və ərazi bütövlüyünə dəstəyi davam etdirəcəklərini söyləyərək, Rusiyaya Ukrayna sərhədindəki silahlı güclərini geri çəkməyə çağırıb.

 

Onun sözlərinə görə, Ukrayna NATO ilə uzun müddətdir fəal tərəfkeşlik edir.

 

A.Rasmussen Avro-Atlantika məkanının təhlükəsizliyi baxımından suveren, stabil və demokratik bir Ukraynanın varlığının çox əhəmiyyətli olduğunu da vurğulayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1175

Oxşar yazılar