Treblinka nasist konslagerinin sonuncu məhbusu Samuil Villenberq 93 yaşında İsraildə vəfat edib.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı Times of İsrael nəşriyatı yayıb.
Məlumata görə, Villenberq 1923-cü ildə Polşanın cənubunda doğulub. İkinci dünya müharibəsində nasistlər Polşaya hücum edəndə Villenberqin 16 yaşı olub. 1941-ci ildə nasistlər Villenberqi həbs edərək, Treblinka konslagerinə göndəriblər.
Müharibə dövründə bu konslagerdə 875 minə yaxın insan öldürülüb.
Villenberq 1943-cü ildə bir neçə yüz yəhudi ilə üsyan qaldıraraq azadlığa çıxa bilib.