NASA digər planetlərdə həyatın olduğunu sübut edəcək
08 aprel 2015 22:07 (UTC +04:00)

NASA digər planetlərdə həyatın olduğunu sübut edəcək

ABŞ-ın Milli Aeronavtika və Kosmos Administrasiyası (NASA) yaxın 10-20 ildə digər planetlərdə həyatın mövcudluğuna dair sübut əldə edəcək.

 

Lent.az-ın “Trend”ə istinadən məlumatına görə, bunu NASA-nın baş elmi müşaviri Ellen Stofan bildirib.

 

E.Stofan qeyri-dünya həyatının mövcudluğuna dair ekspert müzakirəsində qeyd edib: “Düşünürəm ki, yaxın onillik ərzində Yer planetindən kənarda həyatın mövcudluğuna dair inandırıcı əlamət əldə edə biləcəyik. 20-30 ilə isə həmin həyata dair daha dəqiq sübutlarımız olacaq”.

 

Keçmiş astronavt, NASA-nın tədqiqat missiyası üzrə qrupun rəhbəri Con Qransfeld həmkarının optimizmini dəstəkləyib. Onun fikrincə, Günəş sistemində də, bu sistemdən kənarda da həyat əlamətləri çox yaxın zamanlarda kəşf olunacaq: “Bizim Günəş sistemində bütün proseslər bir istiqamətdə inkişaf edir – istər buz peyk, istər Mars, istərsə də qonşu ulduzların planetləri olsun”.

 

Həyatın yaranması üçün əsas komponent sayılan su ilə Günəş sistemində və başqa ulduz sistemlərində də rastlaşmaq mümkün olub. Yupiterin Avropa və Hanimed peyklərinin və Saturnun peyki Entseladanın səthində okeanlar aşkarlanıb. Əvvəl Marsın da okeanla örtülü olduğu bildirilirdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 159

Oxşar yazılar

“Mamagama” mübarizəni dayandırdı

“Mamagama” mübarizəni dayandırdı

14 may 2025 , 01:33
İsrail Qəzzanı BOMBALADI:   28 nəfər öldü

İsrail Qəzzanı BOMBALADI: 28 nəfər öldü

13 may 2025 , 23:47
Doha-İstanbul reysi ilə uçan təyyarə bir mühərriklə eniş etdi - VİDEO

Doha-İstanbul reysi ilə uçan təyyarə bir mühərriklə eniş etdi - VİDEO

13 may 2025 , 06:39
İlin müəllimi 12 yaşlı uşağı zorladı

İlin müəllimi 12 yaşlı uşağı zorladı

13 may 2025 , 04:28
Yeni Roma Papası əslən Türkiyənin Kayseri vilayətindəndir - MARAQLI İDDİA

Yeni Roma Papası əslən Türkiyənin Kayseri vilayətindəndir - MARAQLI İDDİA

13 may 2025 , 01:41
PKK  özünü buraxdı

PKK özünü buraxdı

12 may 2025 , 10:10
Hindistan yenə Ermənistana "Akash" göndərir

Hindistan yenə Ermənistana "Akash" göndərir

11 may 2025 , 23:11
Bu ölkədə  şahmat qadağan edildi

Bu ölkədə şahmat qadağan edildi

11 may 2025 , 19:23