Türkiyənin Yunanıstanın Selanik şəhərindəki konsulluğuna hücum olub. Lent.az Anadolu agentliyinə istindən xəbər verir ki, naməlum şəxslər konsulluq binasının qarşısında xidmətdə olan polis əməkdaşlarına “molotov kokteyl”ləri atıb.
Atatürkün doğulduğu evdə yerləşən konsulluğa doğru irəliləyən maskalı şəxslər yaxınlıqdakı avtobusa da yandırıcı butulkalar atıblar.
Konsulluqdan bildirilib ki, hadisə vaxtı xəsarətalan olmayıb. Bununla belə binanın divarlarına müəyyən qədər ziyan dəyib.
Faktla bağlı araşdırmalar başlanılıb.
Qeyd edək ki, Selanik şəhərinin Türkiyə üçün xüsusi anlamı var. Selanik Türkiyəyə ən yaxında yerləşən yunan şəhəridir.