Myanmada torpaq sürüşməsi: azı 75 ölü
22 noyabr 2015 01:43 (UTC +04:00)

Myanmada torpaq sürüşməsi: azı 75 ölü

0

Myanmanın şimalındakı Kaçin ştatında baş vermiş torpaq sürüşməsi nəticəsində 75 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Press TV” məlumat yayıb.  

 

“Bu vaxtadək 75 nəfərin cəsədi aşkarlanıb”, teyə yerli administrasiya nümayəndəsi bildirib.  

 

Məlumata görə,  100-dək insan itkin düşmüş hesab edilir.

 

Torpaq sürüşməsi Xpakan şəhəri yaxınlığında nefrit mədənlərinə yaxın ərazidə baş verib. Nəticədə mədəndə çalışan fəhlələrin yaşadığı 70-dən çox ev torpaq altında qalıb.   

 

Ölənlərin sayının artacağı istisna olunmur.

 

Hadisə yerində xilasedicilər və hərbçilər cəlb olunub.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 385

Oxşar yazılar