Myanmanın ən böyük Yanqon rayonunda müsəlmanların yaşadığı kəndlərə buddistlərdən ibarət qruplar basqın edib, evləri yağmalayıb.
Lent.az-ın “Anadolu” agentliyinə istinadən məlumatına görə, Yanqondan 40 km şimalda yerləşən Hilegu kəndinə yüz nəfərlik buddist qrupu basqın edib, evləri dağıdıb. Polsin müdaxiləsi nəticəsində basqınçı qrupun qarşısı alınıb.
Təhlükəsizlik qüvvələri vəziyyətə nəzarət etmək məqsədi ilə bölgədə komendant saatı tətbiq edib.
Mənbə xatırladıb ki, 2011-ci ildən etibarən buddistlər tərəfindən edilən basqınlar nəticəsində minlərlə müsəlman həyatını itirib, on minlərlə insan evini tərk etmək məcburiyyətində qalıb.