Müxalifətdən Bəşər Əsədə ağır zərbə
04 noyabr 2014 18:10 (UTC +04:00)

Müxalifətdən Bəşər Əsədə ağır zərbə

Azad Suriya Ordusu (ASO) paytaxt Dəməşqin Qərbi Quta bölgəsindəki vətəndaşların qeydiyyat şöbəsinin binasını ələ keçirib. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, binada aparılan araşdırmalar nəticəsində məlum olub ki, suriyalı vətəndaşlara aid sənədlər Bəşər Əsəd qüvvələri tərəfindən məhv edilib. Eyni zamanda, minlərlə iranlıya Suriya vətəndaşlığı verilməsi faktı da aşkarlanıb.

 

“Ummul Kura” briqadasının mətbuat katibi Əmmar əl-Buşi Bəşər Əsəd qüvvələri üçün xüsusi əhəmiyyətə malik olan idarə binasının ASO-ya bağlı “Ummul Kura” briqadası və “Əl-Nusra” cəbhəsinin təşkil etdikləri əməliyyatla müxalifətin nəzarətinə keçdiyini açıqlayıb: “Qərbi Quta bölgəsində hakimiyyətin həbs etdiyi, nəzarət altına aldığı insanlara aid sənədlər bu binada idi. İndi həbs olunanlarla bağlı əlimizdə heç bir sənəd yoxdur. İdarədə əsasən yeni doğulan və ölən insanlar haqqında sənədlər olub”.

 

Buşi Şamın Haresta, Arbin və Kabunda bölgələrində vətəndaşların qeydiyyat şöbələrinin binalarına nəzarətini geri qaytarmaq istəyən Bəşər Əsəd qüvvələrinin müxalifətə qarşı ağır silahlardan istifadə etdiyini də bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1656
avatar

Oxşar yazılar