Mustafa Krımoğlu ilə görüşənlər məhkəməyə çağırılır
06 may 2014 01:39 (UTC +04:00)

Mustafa Krımoğlu ilə görüşənlər məhkəməyə çağırılır

Mayın 5-də Simferopolda Mərkəzi rayon məhkəməsi Krım tatar təmsilçilərinin kütləvi olaraq yolu bağlamaqla bağlı məsələsinə baxıb.

 

Lent.az-ın “Unian.net”-ə istinadən məlumatına görə, hakim Yuri Quleviç Rusiya Federasiyasının cinayət məcəlləsinə əsasən Seyrancan İbrahimovu 10 rubl cərimə edib.

 

Mayın 7-də isə həmin iş üzrə 17 yaşlı tələbənin məhkəmə prosesi keçiriləcək.

 

Xatırladaq ki, mayın 4-də Ukrayna parlamentinin deputatı, Krım tatarlarının lideri Mustafa Əbdülcəmil- Krımoğlu (Cəmilev)  yarımadaya buraxılmayıb.

 

Onu qarşılamağa gedən yerli tatarlar yolu kəsərək, etiraz aksiyası keçirib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 668
avatar

Oxşar yazılar