Türkiyənin ürək tutması səbəbi ilə dünyasıı dəyişmiş məşhur iş adamı Mustafa Koç dəfn edilib.
APA-nın Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, dəfn mərasiminə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan, baş nazir Əhməd Davudoğlu, əksər nazirlər, CHP lideri Kamal Kılıçdaroğlu, MHP rəsmiləri, baş nazirin sabiq müavini Məsut Yılmaz, Futbol Federasiyası başqanı Yıldırım Demirören, “Fənərbahçe” başqanı Əziz Yıldırım, tanınmış iş adamları, Koç şirkətlərində çalışanlar, tanınmış siyasətçilər, sənətçilər və idmançılar qatılıblar.
M. Koç ailə məzarlığında dəfn edilib.