Mustafa Əbdülcəmil Krıma getməyəcək
17 may 2014 05:36 (UTC +04:00)

Mustafa Əbdülcəmil Krıma getməyəcək

Krım tatarlarının lideri, Ukrayna parlamentinin deputatı Mustafa Cemilev (Mustafa Əbdülcəmil) Krım tatarlarının deportasiyanın 70-ci ildönümü ilə bağlı yarımadaya getməyəcəyini bildirib.


 

Lent.az-ın “Unian.net”-ə istinadən məlumata görə, bunu Mustafa Əbdülcəmil Tatarların regional məclislərin növbədənkənar toplantısında bəyan edib.

 

M.Cemilev Krıma buraxılmayacağını vurğulayaraq, qeyd edib ki, yerli icma onu qarşılamağa cəhd etsə, bu, Rusiyanın silahlı hərbçiləri ilə açıq qarşıdurmaya səbəb olacaq.

 

Bu qarşıdurmaya yol verməmək üçün o, mayın 18-də  Krıma getməyəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 557
avatar

Oxşar yazılar