Mustafa Əbdülcəmil Avropa Məhkəməsinə müraciət etməyə hazırlaşır
07 may 2014 05:24 (UTC +04:00)

Mustafa Əbdülcəmil Avropa Məhkəməsinə müraciət etməyə hazırlaşır

Mayın 4-də yarımadaya buraxılmayan, Krım tatarlarının lideri, Ukrayna parlamentinin deputatı Mustafa Əbdülcəmil (Cəmilev) Avropa İnsan haqları Məhkəməsinə müraciət edəcəyini bildirib.

 

Lent.az-ın “UNİAN.NET”-ə istinadən məlumatına görə, bu haqda o, açıqlamasında deyib: “Krımdakı qondarma hakimiyyəti Cinayət məcəlləsi ilə məsuliyyət daşıyır. Biz Avropa İnsan haqları Məhkəməsinə müraciət edəcəyik. Mən bu məhkəmə prosesini udacağımıza əminəm, çünki Krım Rusiyanın ərazisi olaraq, tanınmır”.

 

 

Xatırladaq ki, Mustafa Əbdülcəmilin Krıma buraxılmadığına etiraz olaraq, Simferopol, Baxçasaray, Qədim Krım, Yevpatoriya və Krasnoqvardeysk rayonunun Oktyabr rayonu yaxınlığındakı avtomobil yolunda yerli tatarlar aksiya keçirərək, yolu bağlamışdı.

 

Moskva tərəfindən təyin olunan Krım “prokuroru” Natalya Poklonskaya Krım Tatar məclisinin sədri Refat Çubarova xəbərdarlıq edərək, bildirib ki, “ekstremist fəaliyyətinə və itaətsizliyə görə”, məclisi ləğv edə və fəaliyyətini yasaqlayacaqlar.

 

Mayın 5-də M.Əbdülcəmillə görüşən yerli tatarlar Rusiya qanunlarına əsasən, cərimələnib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 641
avatar

Oxşar yazılar