Ukrayna prezidenti Pyotr Poroşenko Mustafa Cəmilovu Krım tatarlarının işləri üzrə öz müvəkkili təyin edib.
APA-nın UNİAN agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidentinin rəsmi saytında bildirilir.
“Ukraynanın xalq deputatı Mustafa Cəmilov Krım tatarlarının işləri üzrə prezidentin müvəkkili təyin edilsin”, fərmanda deyilir.