Aprelin 22-də Krım türklərinin lideri, Ukrayna parlamentinin üzvü Mustafa Əbdülcəmil Krımoğlu (Cəmilev) və Krım Tatar Məclisi sədrinin müavini Aslan Ömər Kırımlı yarımadadan Kiyevə gedərkən, Krım-Ukrayna sərhədində onlara “Rusiya Federasiyasına girişin yasaqlanması aktı” təqdim edilib.
Lent.az-ın Ukrayna KİV-ə istinadən məlumatına görə, həmin akta əsasən, Mustafa Krımoğluna 2019-u il aprelin 19-dək Rusiya ərazisinə giriş qadağan edilib.
M.Krımoğlu məsələyə münasibət bildirərkən deyib: “Son zamanlar Krıma bir çox beynəlxalq təşkilatların təmsilçiləri və diplomatlarının buraxılmaması, habelə mənə təqdim olunan qərar bizim hansı “sivil” dövlətlə iş gördüyümüzün göstəricisidir”.
O, əlavə edib ki, bu “qərara” baxmayaraq, Krıma gedəcək.