Krım tatarlarının lideri Mustafa Cəmilev Rusiyanın çökəcəyindən ehtiyatlandığını bildirib.
Lent.az-ın “Unian.net”-ə istinadən məlumatına görə, “Belsat” telekanalına müsahibəsində M.Cəmilev deyib: “Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar Vladimir Putinin ətrafında üsyanın olacağı ehtimalından xəbər verir. Bu, Krımın Ukraynaya qaytarılmasını mümkün edir.
Qərbdə bizi əmin etdilər ki, Krımın azad edilməsini çox gözləməyəcəyik
Mən dedim ki, 1979-cu ildə Əfqanıstanı işğaldan sonra SSRİ-nin çökməsini 10 il gözlədik. Məni əmin etdilər ki, indi daha dinamik zamandır. Krımın azad olması 10 il sürməyəcək”.
Mustafa Cəmilevin fikrincə, Putinin prezidentliyi dövründə Rusiya Krımdan əl çəkməyəcək.
“Bu işğalı sanksiyalaşdıran onu əldən verməyəcək. Bu sanksiyalar artıq öz təsirini göstərməkdədir. Tezliklə daxildə üsyanlar baş verəcək. Sanksiyalar artdıqca, hadisələrin düyününü açılması da sürətlənəcək”-deyə, o, söyləyib.
Krım türklərinin lideri deyib : “Açığı, Rusiyanın çökəcəyindən ehtiyat edirik. Hər halda nüvə dövlətidir. Bu ölkədə baş verəcək olaylar rahatsızlıq doğurur”.