İslamı qəbul etmiş yəhudi “ekstremist olduğu və zorakılığa çağırış etdiyi” üçün 2, 5 il azadlıqdan məhrum edilib.
Lent.az-ın “nyusru”-ya istinadən məlumatına görə, 45 yaşlı Yusif Məhəmməd əl-Xəttab (əvvəlki Adı Cozef Koen) Nyu-Cersi ştatının Atlantik –Siti şəhərində “Müsəlman inqilabçıları” saytını idarə edirmiş.
Mənbə bildirib ki, əl-Xəttab dostu Yunus Abdulla Məhəmmədlə (o, da islamı sonradan qəbul edib) birlikdə 2007-ci ildə bu saytı qurublar.
Məlumata əsasən, onlar insanları Üsamə bin-Ladən, “əl-Qaidə” və “Taliban” yolu ilə getməyə çağırış edən materiallar yayıb. Əl-Xəttab yəhudi icmasının ABŞ-dakı liderlərini öldürməyə çağırış edib.
2013-cü ilin oktyabrında o, suçunu boynuna alıb. Müsahibələrindən birində əl-Xəttab özünü “axmaq” adlandıraraq, deyib: “Həbsxanaya düşəndə məni mücahid adlandıracaqlar. Ancaq mən mücahid deyil, əbləhəm”.
Yunus Məhəmmədə 11,5 il iş kəsilib.