Səudiyyə Ərəbistanının Məkkə şəhərində ilk dəfə halal "sex-shop" açılır.
Lent.az-ın “axşam.az”-a istinadən məlumatına görə, məkanın sahibi Abdelaziz Aurax bundan əvvəl eyni formatda "El Asira" adlı internet mağazası açıb.
Mağazada qoruyucular, ekzotik ətirli şamlar, bədən yağı, dinə zidd olmayan 18 cür seks oyuncağı satılacaq. Auraxın dediyinə görə, bu qadın və kişi arasında intim münasibətlərin yaxşılaşmasına kömək edəcək: "Bizim məhsullar seksual atmosferin daha da mükəmməl olmasına, cütlüklərin rahatlamasına xidmət edəcəklər. İslam dininə zidd olan heç bir şey, porno DVD-lər satılmayacaq".
Qeyd edək ki, 2013-cü ildə Haluk Murad Dəmir adlı türk iş adamı də internetdə halal "sex shop" açmışdı.