Mursi həbsxanada saxlanma şəraitindən narazıdır
09 avqust 2015 07:04 (UTC +04:00)

Mursi həbsxanada saxlanma şəraitindən narazıdır

0

Misirin sabiq prezidenti Məhəmməd Mursi həbsxanada saxlanma şəraitinin səhhətinə uyğun olmadığından şikayət edib. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə,  Məhəmməd Mursi tibbi müayinədən keçirilməsini tələb edib və həbsxana qidasının ona uyğun olmadığını bildirib. Misirin sabiq prezidenti şəkər xəstəliyi səbəbindən həbsxanada verilən  yeməkləri qəbul etməkdən imtina edib.  

 

Həbsxana rəhbərliyi Mursiyə kənardan ərzaq və qida gətirilməsinə icazə verməyib.   

 

Qeyd edək ki, Misir məhkəməsi sabiq prezident  Məhəmməd Mursi barəsində yekun hökm çıxararaq onu ölüm cəzasına məhkum edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 420

Oxşar yazılar