Murmansk bazarında milli zəmində kütləvi dava-dalaş
20 aprel 2014 04:01 (UTC +04:00)

Murmansk bazarında milli zəmində kütləvi dava-dalaş

Aprelin 17-də Murmanskda bazarda kütləvi dava olub.Lent.az “Gazeta.ru”ya istinadən məlumatına görə, münaqişə barədə xəbər yalnız aprelin19 -da yayılıb.

Rusiya DİN bölgə idarəsindən bildirilib ki, qarşıdurmaya səbəb  alıcılarla satıcılar arasında yaranmış mübahisə olub.  

 

“Davada 10-12 nəfər iştirak edib. Münaqişə nəticəsində bir nəfər xəsarət alıb, ona hadisə yerində tibbi yardım göstərilib”- deyə, açıqlamada bildirilib.  

 

Murmanskın “Severpost” agentliyinin məlumatına görə, tərəflərin silahdan istifadə etdiyi bu münaqişə milli zəmində baş verib.  

 

“Davada onlarla insan iştirak edib. Məişət zəminində yaranan mübahisə kütləvi dava ilə yekunlaşıb. Şahidlər münaqişə zamanı atəş səslərinin eşidildiyini iddia edir”- deyə, mənbə bildirib.  

 

# 1220
avatar

Oxşar yazılar