10 ildən çoxdur Fransada mühacirət həyatı yaşayan Türkiyəli iş adamı, keçmiş partiya sədri Cem Uzan İsveçrə dövlətini məhkəməyə verib.
Lent.az-ın sözcü.com.tr-ə istinadən məlumatına görə, Cem Uzan İsveçrə banklarında olan varidatının icazəsi olmadan Türkiyəyə verilməsinə görə bu dövlətdən 300 milyon avro təzminat tələb edir. C. Uzan ailəsinin qızıl-zinyət əşyalarının və başqa mülklərinə həbs qoyularaq Türkiyəyə verilməsində İsveçrəni günahlandırır. İş adamı bunu hüquqa zidd hesab edir.
Qeyd edək ki, Cem Uzan fəaliyyətinin dayandırmış Gənc Partiyanın sədridir. O, 2002-ci ildə Türkiyədə parlament seçkilərinə qatılmış, qısa müddətli kampaniyadan sonra 7 faizə yaxın səs toplamışdı. Seçkilərdən sonra isə Türkiyənin vergi orqanları onun fəaliyyətini araşdırmağa başlamış, nəticədə bu ölkədəki bütün varidatına əl qoyulmuşdu. İş adamı özü isə Fransadan siyasi sığınacaq almışdı.